...

Millət vəkili: Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır

Siyasət Materials 14 Noyabr 2016 14:31 (UTC +04:00)
Azərbaycanlı alimlər tərəfindən hazırlanan istənilən əsər, elmi iş beynəlxalq hüquq normaları çərçivəsində qorunmalıdır.
Millət vəkili: Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanlı alimlər tərəfindən hazırlanan istənilən əsər, elmi iş beynəlxalq hüquq normaları çərçivəsində qorunmalıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, müasir dövlətin formalaşdırılması üçün elm və təhsil sahəsində aparılan islahatlar Azərbaycanı dünya standartlarına daha da yaxınlaşdırmalıdır.

A.Mollazadə deyib: “Əqli mülkiyyət hüququ vacib insan hüquqlarından biridir. Bu hüquqların beynəlxalq qanunvericiliklə qorunması Azərbaycan üçün vacib məsələlərdəndir. Bu sahədə beynəlxalq konfransların keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı və əqli mülkiyyətin qorunması səviyyəsinin yüksəldilməsi ilə bağlı vacib addım ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti