...

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir (ÖZƏL)

Siyasət Materials 16 Noyabr 2016 08:00 (UTC +04:00)
NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir
NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir. Bu barədə Trend-ə Brüsseldə NATO-nun mətbuat xidmətindən məlumat verilib.

Ofisdən verilən məlumata görə, Azərbaycan və NATO arasında yeni fərdi fəaliyyət planına əməkdaşlığın müxtəlif aspektləri daxil ediləcək: "Növbəti fəaliyyət planına müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, effektiv idarəetmə üsullarının nəzərdən keçirilməsi, müdafiə islahatları sahəsində əməkdaşlıq, eləcə də hərbi təhsil sahəsində islahatlar barədə dialoq daxil olunacaq".

Yeni plan hazırda mövcud olan tərəfdaşlıq fəaliyyətinə əsaslanacaq.

Azərbaycan və NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti