...

DTX rəisi: Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb

Siyasət Materials 3 Mart 2017 11:30 (UTC +04:00)
Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb.
DTX rəisi: Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz illər bundan əvvəl üzləşib:

"Erməni terrorçuları hələ ötən əsrdən Azərbaycana qarşı terror hadisələri törədiblər. Erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub".

DTX rəisi bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir:

"Bununla belə, respublikamız nəinki Cənubi Qafqazın, hətta Avropanın ən sabit ölkələrindən biridir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində mümkün olub. Bu gün məhz ulu öndərin qoyduğu siyasi xətt müasir dövrün tələbləri nəzərə alınmaqla cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş statusunu qazanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti