...

Millət vəkilləri Avropa Parlamentində görüşlər keçirib (FOTO)

Siyasət Materials 9 Mart 2017 17:44 (UTC +04:00)
Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində bir sıra görüşlər keçirib.
Millət vəkilləri Avropa Parlamentində görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentində bir sıra görüşlər keçirib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Aİ-Azərbaycan münasibətlərinə dair Avropa Parlamentində baş tutmuş uğurlu dinləmələrdən sonra Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və müavini Kamran Bayramov Avropa Parlamentinin bir sıra üzvləri və Avropa Xarici Siyasət İdarəsinin məsul nümayəndələri ilə görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycan Respublikasının Belçikada səfiri Fuad İsgəndərov da iştirak edib.

Avropa Xarici Siyasət İdarəsinin Şərq Tərəfdaşlığı regionu, Mərkəzi Asiya və ATƏT ölkələri və Rusiya üzrə direktoru cənab Lük Devin və onun siyasi müşaviri Asunsion Sançez ilə görüşdə Azərbaycan-Aİ münasibətləri müzakirə olunmuşdur. Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqı üçün vacib və etibarlı tərəfdaş olduğunu vurğulamış və əməkdaşlığımızı strateji səviyyəyə yüksəldəcək yeni müqavilə üzrə danışıqların başlamasından məmnun olduqlarını bildirib.

Növbəti görüşdə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri C. Feyziyev ölkədə və regionda baş verən son hadisələrlə bağlı Avropa Parlamentindən olan həmkarı Səyyad Kərimi ətraflı məlumatlandırıb. Səyyad Kərim AP-nin üç üzvünün işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfirini qətiyyətlə pisləyib, şəxsi təşəbbüs əsasında baş tutmuş belə bir səfərdən təəssüfləndiyini və bu bəradə Azərbaycanın mövqeyini dəstəkləyən Bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Gələcəkdə belə halların baş verməməsi üçün regionda baş verən hadisələr – Azərbaycan ərazilərinin işğal faktı və onun doğurduğu nəticələr haqqında AP üzvlərinin daha ətraflı məlumatlandırılması üçün bir sıra önləyici tədbirlərin görülməsi qərara alınıb.

AP-nin İnsan Haqları Komitəsinin sədri cənab Antonio Panzeri ilə görüşdə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı son illərdə atılan addımlar, xüsusilə Konstitusiyaya edilən sonuncu əlavə və dəyişikliklər müsbət qiymətləndirilib. Millət vəkili Cavanşir Feyziyev Ermənistan təcavüzü nəticəsində 1 milyon insanın hüquqlarının kobud şəkildə pozulduğunu Komitə sədrinin diqqətinə çatdırıb. Millət vəkilimiz vurğulayıb ki, BMT-nin 4 qətnaməsinə, bir sıra beynəlxalq təşkilatın qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamələrə baxmayaraq qaçqın və məcburi köçkünlərin fundamental hüquqlarının təmin olunması bugünə qədər mümkün olmayıb. Görüşdə həmçinin mülki şəxslərin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun 2 ildən artıqdır ki, erməni əsirliyində saxlanılması və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq onların bugünə qədər azad olunmaması faktının Azərbaycanda ciddi narahatçılıq doğurduğu diqqətə çatdırılıb. AP-nin İnsan Haqları Komitəsinin deyilənlərlə bağlı mövqe bildirməsi və təcavüzkara qarşı mümkün təsir vasitələrinin işə salınması Panzeridən xahiş olunub. Komitə sədri bu məsələnin diqqətdə saxlanılacağını bildirib.

AP-nin Beynəlxalq Ticarət Komitəsinin Cənubi Qafqaz üzrə Monitorinq Qrupunun rəhbəri cənab Hannu Takkula ilə görüşdə Azərbaycan ilə Aİ arasında ticarət münasibətləri, bu münasibətlərin inkişaf imkanları müzakirə olunub. Azərbaycanın mühüm geostrateji mövqeyini xüsusi diqqətə çatdıran cənab Takkula son illərdə Azərbaycanın Şərq ilə Qərb arasında ticari münasibətlərin canlanmasında oynadığı mühüm rolu yüksək qiymətləndirib.H.Takkula Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq Aİ-nin regional layihələrdə Azərbaycana xüsusi önəm verdiyini qeyd edib.

Səfərin üçüncü günündə AP-nin üzvləri xanım Heydi Hautala, cənab Fabio Kastaldo, cənab Xavi Lopez, cənab Andrey Qrzib, xanım Ramona Manesku, xanım Norika Nikolayi, cənab Andrey Mamikins, cənab Kristian Dan Preda və cənab İvo Vayql ilə işgüzar görüşlər keçirilmiş, ikitərəfli münasibətlərə dair maraq doğuran məsələlər müzakirə olunub.

Görüşlərin sonunda MM Nümayəndə heyəti Avropa Parlamentində “Əli və Nino” filminin təqdimat mərasimində və premyerasında iştirak edib. Beləliklə, MM nümayəndə heyətinin Avropa Parlamentinə növbəti səfər başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti