...

Millət vəkili Qənirə Paşayeva Yaponiyada səfərdə olub (FOTO)

Siyasət Materials 23 May 2017 18:33 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Yaponiya baş nazirinin xüsusi müşaviri, partiya rəsmiləri, bələdiyyə sədrləri ilə Qarabağdan danışıb.
Millət vəkili Qənirə Paşayeva Yaponiyada səfərdə olub (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Yaponiya baş nazirinin xüsusi müşaviri, partiya rəsmiləri, bələdiyyə sədrləri ilə Qarabağdan danışıb.

Trend-in məlumatına görə, millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Yaponiya baş nazirinin xüsusi müşaviri, Yaponiya Parlamentinin Müşavirlər Palatasının deputatı Yasutoshi Nishimura, Yaponiya Liberal Demokrat partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Mori, Yokohama meri xanım Fumiko Hayashi, 2017 Ümumdünya Qadın Sammiti Təşkilat Komitəsinin sədri Noriko Nakamura və bu ölkənin fəal ictimai qadınları ilə görüşüb.

Görüş zamanı Q.Paşayeva Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, xüsusən də parlamentlərarası əməkdaşlığımızın daha da genişlənməsinin məmnuniyyətverici olduğunu vurğulayıb. Millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı Q.Paşayeva ölkəmizin hal-hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına yüksək önəm verildiyi haqqında geniş məlumat verib. Q.Paşayeva görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlar verib, Azərbaycanın ədalətli mövqeyini onların diqqətinə çatdırıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Yaponiya baş nazirinin xüsusi müşaviri, Yaponiya Parlamentinin Müşavirlər Palatasının deputatı Yasutoshi Nishimura , Yaponiya Liberal Demokrat partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Mori, Yokohama meri xanım Fumiko Hayashi, 2017 Ümumdünya Qadın Sammiti Təşkilat Komitəsinin sədri Noriko Nakamura və bu ölkənin fəal ictimai qadınları ilə görüşdə onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr, materiallar təqdim edərək onları Azərbaycanda hər zaman görməkdən məmun olduğunu deyib. Görüşlər zamanı Yaponiya rəsmiləri Azərbaycanla dost münasibətlərin inkişafından məmnun olduqlarını bildirərək bu əməkdaşlığın inkişafına töhfə verməkdən hər zaman məmnun olacaqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti