...

QAT PREZİDENT APARATI VƏ BMT NÜMAYƏNDƏLİYİ QARŞISINDA AKSİYA KEÇİRMƏYƏ CƏHD GÖSTƏRDİ

Siyasət Materials 17 İyun 2005 15:16 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Ermənistanın Dağlıq Qarabağda qondarma "parlament seçkisi" keçirmək cəhdlərinə etiraz əlaməti olaraq iyunun 17-də BMT-nin Azərbaycandakı nümayəndəliyi və Prezident Aparatı qarşısındaetiraz aksiyaları keçirməyə cəhd göstərib. Trend xəbər verir ki, aksiyaların qarşısının alınması üçün hər iki orqanın qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilmişdi. Bütün yolların bağlanmasına baxmayaraq etiraz aksiyalarının qətnamələri Prezident Aparatına və BMT nümayəndəliyinə çatdırılıb. Aksiyaya cəhd göstərən QAT fəallarından polislər tərəfindən həbs ediləni olmayıb.

BMT-yə ünvanlanan qətnamədə deyilir ki, BMT özündə güc tapıb təcavüzkar Ermənistanı cəzalandırmalı, onun Qarabağda "seçki" oyunları keçirməsinin qarşısını almaq üçün tədbirlər görməlidir. BMT Təhlükəsizlik Şurasının qərarı ilə təcavüzkar Ermənistana qarşı bu hərəkətlərinə görə sanksiyalar tətbiq edilməsi tələb olunur. QAT bəyanatında vuğurlayıb ki, işğalçı Ermənistanın BMT üzvlüyündən çıxarılması haqqında qərar qəbul olunmalıdır, əks halda BMT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə ehtiyac qalmayacaq.

QAT-ın ölkə rəhbərliyinə ünvanlanmış qətnaməsində isə deyilir ki, Ermənistanda nəticəsiz danışıqlar və bütün səviyyələrlə əlaqələr dayandırılmalıdır. Azərbaycan hökuməti Ermənistanın beynəlxalq təşkilatlar tərfindən cəzalandırılmasına nail olmalıdır. QAT hesab edir ki, Dağlıq Qarabağa istənilən ölkədən müxtəlif ad altında nümayəndələrin göndərilməsinin qarşısı bütün vasitələrlə alınmalıdır.

Xəbər lenti

Xəbər lenti