...

"AZADLIQ" BLOKUNUN LİDERLƏRİ NAMİZƏDLİKLƏRİNİ İRƏLİ SÜRƏCƏKLƏRİ SEÇKİ DAİRƏLƏRİNİ MÜƏYYƏN EDİBLƏR

Siyasət Materials 14 İyul 2005 15:14 (UTC +04:00)

"Azadlıq" seçki blokuna daxil olan partiyaların liderləri seçkidə namizədliyini irəli sürəcəyi dairələri müəyyənləşdiriblər. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

O, bildirib ki, liderlərin seçkidə namizədliyini rəsmən irəli sürməsi və hansı seçki dairəsindən iştirak edəcəyi barədə gələn həftə açıqlama veriləcək.

Sərdar Cəlaloğlu həmçinin "Azadlıq" blokunun Bakıda və regionlarda kütləvi aksiyaları davam etdirəcəyini deyib. Bir neçə müxalifət partiyasının 23 iyulda Milli Məclisin qarşısında keçirəcəyi mitinqdə isə "Azadlıq" bloku iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti