...

AZƏRBAYCANLI PARLAMENTARİLƏR QRUPU ŞİMALİ KİPRƏ BAŞ ÇƏKƏCƏK

Siyasət Materials 16 İyul 2005 14:05 (UTC +04:00)

İyulun 17 və 21-də Azərbaycan Milli Məclisinin deputatlar qrupu Şimali Kiprin paytaxtı Lefkoşu şəhərinə yola düşəcək. Bu barədə Trend agentliyinə Milli Məclisin deputatı Gültəkin Hacıyeva məlumat verib.

Deputatın sözlərinə görə, qrupun tərkibinə ondan başqa Rəbiyət Aslanova, Məlahət Həsənova, Oqtay Səmədov, Namiq Əliyev və digər parlamentarilər daxildir.

Şimali Kipr Ticarət Palatasının Bakıdakı nümayəndəliyinin rəhbəri Mustafa Evranın xəbər verdiyi kimi, qrupun tərkibinə iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətinin dövlət bayramı - Sülh və Azadlıq günü münasibətilə təntənəli mərasimdə iştirak edəcək 7-8 deputat da daxildir.

"Azərbaycan-Kipr əlaqələri tarixində ilk dəfə olaraq azərbaycanlı parlamentarilərdən ibarət nümayəndə heyəti Kipr tərəfinin təşəbbüsü ilə deyil, Azərbaycan Milli Məclisinin rəhbərliyi tərəfindən yaradılıb", - deyə, M. Evran vurğulayıb.

Xatırladaq ki, Şimali Kiprdə Sülh və Azadlıq Günü 1974-cü il iyul ayının 20-dən qeyd olunur.

Xəbər lenti

Xəbər lenti