...

DEMOKRATİK AZƏRBAYCAN SEÇKİ BLOKUNUN YARADILMASINA DAİR RƏSMİ SAZİŞ İMZALANDI

Siyasət Materials 18 İyul 2005 18:01 (UTC +04:00)

İyulun 18-də "Demokratik Azərbaycan" Seçki Blokunun yaradılması haqqında rəsmi saziş imzalanıb. Trend in məlumatına görə, saziş blokun üzvləri- Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Vahid Azərbaycan Milli Birlik Partiyasının rəhbəri Hacıbaba Əzimov tərəfindən imzalanıb.

DAB-ın digər üzvü Azadlıq Partiyasının dövlət qeydiyyatı olmadığı üçün sədri Əhməd Oruc rəsmi sazişə imza atmayıb. Lakin Azadlıq Partiyasının namizədləri MSK-ya blok tərəfindən irəli sürüləcək.

Blokun Sədrlər Şurasından bildirilib ki, hazırda "Demokratik Azərbaycan" Seçki Blokunun sənədləri hazırlanır və qeydiyyatdan keçməsi üçün bu günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Blok qeydiyyatdan keçdikdən sonra müəyyən etdikləri vahid namizədlərinin sənədlərini MSK-ya təqdim edəcəklər. Blokun rəmzləri kimi qırmızı rəng və sümbül seçilib.

Xəbər lenti

Xəbər lenti