...

SENTYABRIN İKİNCİ YARISINDA YENİ ƏFV FƏRMANININ İMZALANACAĞI GÖZLƏNİLİR

Siyasət Materials 25 İyul 2005 17:30 (UTC +04:00)

"Sentyabrın ikinci yarısında Azərbaycan prezidentinin yeni əfv fərmanı imzalayacağı gözlənilir". Bu haqda Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə Trend ə bildirmişdir. Onun sözlərinə görə, bu, "Əfv haqqında" Əsasnamənin tələblərindən irəli gəlir.

"Əsasnamədə dövlət başçısının ildə 4 dəfə əfv fərmanı imzalaması öz əksini tapmışdır. Bu il dövlət başçısı martın 20-də və iyunun 20-də artıq iki əfv fərmanı imzalamışdır. Gözlənilir ki, dövlət başçısı statusundan istifadə edərək, analoji fərmanı sentyabr ayında da atsın",-deyə Çingiz Qənizadə bildirmişdir.

Onun sözlərinə görə, növbəti əfv fərmanı ölkədə "siyasi məhbus" məsələsinə birdəfəlik son qoya bilər.

Xəbər lenti

Xəbər lenti