...

İSRAİLİN SƏFİRİ MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK

Siyasət Materials 2 Avqust 2005 13:06 (UTC +04:00)

İsrailin Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Eytan Naye avqustun 4-də fəaliyyətinin yekunlarına dair Bakıda mətbuat konfransı keçirəcək. Bu barədə Trend ə İsrail səfirliyinin mətbuat xidmətində bildirilib.

Görüş zamanı artıq cari ilin sonuna qədər Azərbaycana gələcək İsrailin yeni səfirinin adı açıqlanacaq. Saat 15:00-da Beynəlxalq mətbuat mərkəzində jurnalistlərlə görüş keçiriləcək.

Qeyd edək ki, İsrailin işləri üzrə müvəqqəti müvəkkil vəzifəsini səfirin ikinci məsləhətçisi Yakov Finkelşteyn icra edəcək. O, yeni səfir Azərbaycana gələn kimi öz missiyasını başa vuraraq Təl-Əvivə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti