...

LİBERAL PARTİYA DAĞLIQ QARABAĞDA YENİ İNZİBATİ VİLAYƏT YARADILMASINI TƏKLİF EDİR

Siyasət Materials 15 Avqust 2005 18:37 (UTC +04:00)

Azərbacan Liberal Partiyası (ALP) Xankəndi seçki dairəsinin fəaliyyətinin bərpa edilməsi qərarını dəstəkləyib və bunu zəruri addım kimi qiymətləndirib. Bu barədə Trend ə açıqlama verən ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan bildirib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində yeni inzibati vilayət yaradılmalıdır.

Həmin vilayətin Məclisinə və qubernator vəzifəsinə seçkilər keçirilməli, azərbaycanlı və erməni icmalar bu seçkidə iştirak etməlidirlər. "Bu vilayətə böyük rayon statusu verilməli, ora bir il erməni millətindən olan nümayəndə, növbəti bir il isə azərbaycanlı bir şəxs qubernator vəzifəsinə seçilməli, növbəlilik prinsipi ilə rəhbərlik etməlidirlər. Vilayət Məclisinə də proporsional qaydada seçkilər keçirilsin, hər iki icmanın hüquqları poritet əsasda təmin edlsin.

Yeni inzibati ərazi vahidində erməni və azərbaycanlı icmalarına bərabər statuslar verilsin. Bu təkliflərdən ibarət strategiya Liberal Partiyanın seçki platformasına da daxil ediləcək"-deyə Ə.Temirxzan bildirib.

Onun fikrincə, bu strategiya gələcəkdə azərbaycanlıların da Ermənistana qayıtması və orada poritet qaydada hüquqlarının bərpa olunması üçün zəmin yarada bilər. Həmçinin Qarabağ münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün aparılan danışıqlarda müzakirə predmeti ola bilər.

Həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqına inteqrasiya yolunu tutduğuna görə hər ikisi azərbaycanlı və erməni millətindən olan vətəndaşlarına avropalı vətəndaşlığını, öz ölkəsində yaşamaq hüququnu verməlidir.

Xəbər lenti

Xəbər lenti