...

GƏNCƏDƏ 3 GÜNLÜK SƏRGİ-SATIŞ YARMARKASI KEÇİRİLİR

Siyasət Materials 2 Sentyabr 2005 18:30 (UTC +04:00)

"Azərbaycan respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının prezidentinin Fərmanının icrası ilə əlaqədar, "Azərbaycan Respublikası regionların sosial iqtisadi inkişaf dövlət proqramı" na müvafiq olaraq, əhalinin tələbatının yerli istehsal hesabına daha dolğun ödənilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi sentyabrın 2-dən Gəncədə 3 günlük sərgi-satış yarmarkası keçiririlməyə başlayıb.

Burada ölkənin 30 dan artıq şəhər və rayonununu təmsil edən 200-ə yaxın sahibkar qatılıb və onlar istehlakçılara 400-dən artıq çeşiddə kənd təsərrüfatı, ərzaq, sənaye və s. məhsullar təklif edirlər.

Sərgi satış yarmarkasının ilk günündə İqtisadi İnkişaf Naziri Fərhad Əliyev, Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və bölgədə fəaliyyət göstərən beynəlxalq və qeyri - hökümət təşkilatlarının nümayəndələri iştirak edərək yarmarkanını işi ilə yaxından tanış olublar. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətinidən verilən məlumata görə istehsalçılar tərəfindən təklif olunan məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz aşağıdır.

Bu gün həmçinin Bərdə rayonunuda sahibkarlarla forum keçirilib. Burada Sahibkarlığa kömək milli fondu sahibkarlara 1 milyard yarım kredit verib. Belə tədbirlərin respublikanını digər rayon və şəhərlərindədə keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti