...

YAŞAR ƏLİYEV: MİKROFON HAKİMİYYƏT TƏRƏFDƏN SÖNDÜRÜLMƏYİB

Siyasət Materials 10 Sentyabr 2005 19:53 (UTC +04:00)

"Azadlıq" blokunun mitinqində mikrofonların sıradan çıxarılması hakimiyyət tərəfindən planlaşdırılmayıb və çox güman ki, avadanlığın həddən artıq yüklənməsinin nəticəsidir. Bu barədə Trend ə Bakı şəhərinin Baş polis idarəsinin rəis müavini Yaşar Əliyev ekskluziv məlumat verib.

Onun sözlərinə görə, aksiyanın təşkilatçılarının - "Azadlıq" blokunun müxalifətin mikrofonlarının hakimiyyət tərəfindən bilərəkdən sıradan çıxarılması barədə ittihamların həqiqətə heç bir uyğunluğu yoxdur.

"Bu texniki nasazlıqdır, elektrik enerjisi də həmçinin normal rejimdə olub. Dinamiklər əvvəlcə işləyirdi və avadanlıq marş və musiqini yüksəkdən səsləndirirdi. Görünüp, həddən artıq yüklənmə baş verib", - deyə Y.Əliyev bildirib.

Aksiya iştirakçılarının sayına toxunan Y.Əliyev bildirib ki, yürüş-mitinqdə 5-6 min nəfər iştirak edib və heç bir hadisə insident qeydə alınmayıb.

Bununla yanaşı, "Azadlıq" blokunun nümayəndəsi Pənah Hüseynov jurnalistlərə aksiyada 40 minə yaxın adamın iştirak etdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti