...

H.TALVİTYE: AZƏRBAYCANDA SEÇKİ ÖNCƏSİ MÜSBƏT İRƏLİLƏYİŞ MÜŞAHİDƏ OLUNUR VƏ BU, ÇOX FƏRƏHLİDİR

Siyasət Materials 15 Sentyabr 2005 20:58 (UTC +04:00)
H.TALVİTYE: AZƏRBAYCANDA SEÇKİ ÖNCƏSİ MÜSBƏT İRƏLİLƏYİŞ MÜŞAHİDƏ OLUNUR VƏ BU, ÇOX FƏRƏHLİDİR

Azərbaycanda seçki öncəsi müsbət irəliləyiş müşahidə olunur və bu, çox fərəhlidir. Trend bildirir ki, sentyabrın 15-də Azərbaycana səfərinin yekunlarına əsasən mətbuat konfransı keçirən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye bu bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın demokratik institutlarının inkişafını dəstəyinə xüsusi əhəmiyyət verir, xüsusilə seçki prosesinin monitorinqi üçün öz müşahidəçilərini göndərib.

"6 noyabrda keçiriləcək parlament seçkiləri təkcə Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, həm də bütünlükdə dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir" -deyə o, vurğulayıb və qeyd edib ki, Azərbaycan müxalifəti seçki prosesindəki irəliləyişi tanımalıdır.

H. Talvitye bildirib ki, ərizəsi dini təşkilatda iştirakı yaxud məhkumluğu ilə bağlı qəbul edilməyən 29 nəfərdən başqa bütün arzu edənlər maneəsiz Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçə bilib.

Onun sözlərinə görə, İctimai Televiziyanın yayıma başlaması da müsbət məqamdır.Çünki bu vasitə ilə namizədlər daha çox yayım vaxtı ala bilib.

"Amma həll edilməmiş məsələlər də vardır.Xüsusilə şəxsiyyət vəsiqələrinin verilməsi və söz azadlığının sıxılması ilə bağlı problemlər mövcuddur" -deyə o qeyd edib.Aİ xüsusi nümayəndəsi əlavə edib ki, amma "həmin çatışmamazlıqların aradan qaldırılması üçün" hakimiyyətin hələ vaxtı vardır.

Sonda Talvitye bildirib ki, 2005-ci ilin sonunadək Azərbaycana bir neçə dəfə gələcək. "Mən oktyabrın ikinci yarısında Bakıda olacağam, həmçinin seçkilərdən bir həftə sonra Azərbaycana gəlməyi planlaşdırıram" -deyə avropalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti