...

NAMİZƏDLƏR MİLLƏT VƏKİLİ ƏHƏD ABİYEVDƏN ŞİKAYƏTLƏNİB

Siyasət Materials 21 Sentyabr 2005 14:12 (UTC +04:00)

"70 saylı Masallı şəhər seçki dairəsindən bir qrup namizəd bəyanatla çıxış edib". Trend in xəbər verdiyi kimi, 9 namizədin imzaladığı bəyanat prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasına, ATƏT-in Bakı ofisinə, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə göndərilib.

Bəyanatın verilməsində məqsəd hakim Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyi qeydə alınan, millət vəkili Əhəd Abiyevin qanunsuz hərəktləri ilə bağlı olub: "Əhəd Abiyev Seçki Məcəlləsində nəzərdə tutulan maddələri kobudcasına pozaraq namizədlərin seçki təbliğatına mane olur və s.".

Millət vəkili Əhəd Abiyev isə bildirib ki, bu ona qarşı növbəti təxribatın tərkib hisəsidir: "Bu insanları bütün Masallı tanıyır. Onlar mənim daha şansılı olduğumu bilib belə təxribatlara əl atmaq məcburiyyətində qalıblar. Ancaq niyyətləri heç vaxt həyata keçməyəcək".

Ə.Abiyev onu da qeyd edib ki, adıçəkilən seçki darəsindən özündən başqa heç kimi millət vəkili kürsüsündə görmür. Bunu da müxtəlif səbəblərlə əlaqələndirib. Bəyanat verən namizədlərin namizədliklərindən imtina edəcəkləri məsələsinə gəlincə, Əhəd Abiyev: "Başa düşmürəm, bu varianta əl atmaqla nəyə nail olmağa çalışacaqlar", - deyə bildirib.

Xəbər lenti

Xəbər lenti