...

"AZADLIQ" BLOKUNUN NÜMAYƏNDƏLƏRİ BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNƏ ÇAĞRILIBLAR

Siyasət Materials 24 Sentyabr 2005 14:45 (UTC +04:00)

"Azadlıq" blokunun nümayəndələri sentyabrın 24-də Bakı şəhər Baş Polis İdarəsinə çağrılıblar". Bu barədə Trend ə adıçəkilən blokda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən bildirilib.

Görüşdə "Azadlıq" blokuna daxil olan Müsavat Partiyasından Məmməd Zeynalov, ADP-dən Rəşid Mansurov və Azərbaycan Xalq Cəbhəsi Partiyasından Həsən Kərimov iştirak ediblər. Tərəflər sentyabrın 25-də "Azadlıq" blokunun keçirəcəyi mitinqlə bağlı məsələləri müzakirə ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev Bakı meriyasının "Azadlıq" blokunun nümayəndələrinə mitinq keçirmək üçün paytaxtın digər yerlərini təklif etməsi ilə bağlı məktubunu verib. Lakin blokun nümayəndələri Cəfər Cabbarlı meydanında mitinq keçirəcəkləri ilə bağlı qərarda israrlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti