...

"AZADLIQ" BLOKU NÖVBƏTİ AKSİYASINI OKTYABRIN 1-DƏ ELMLƏR AKADEMİYASININ QARŞISINDA KEÇİRMƏK İSTƏYİR

Siyasət Materials 26 Sentyabr 2005 12:58 (UTC +04:00)

"Azadlıq" blokunun liderləri keçirəcəkləri növbəti aksiyanın vaxtına və yerinə dair sentyabrın 26-da qərar qəbul ediblər. Bu barədə Trend ə "Azadlıq" blokunun seçki qərargahından məlumat verilib. Blokun Bakıda növbəti kütləvi aksiyasının oktyabrın 1-də Milli Elmlər Akademiyasının qarşısındakı meydanda keçirilməsinə qərar veriblər. Aksiya saat 16.00-dan 18.00-dək keçiriləcək.

Seçki qərargahından bildiriblər ki, 1 oktyabr aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq, lakin şəhər rəhbərliyinin icazə verib-verməməsindən asılı olmayaraq, "Azadlıq" bloku tədbirini mütləq gerçəkləşdirəcək.

"Azadlıq" blokunun liderləri bu qərara gəliblər ki, hakimiyyət nümayəndələri ilə keçiriləcək görüşdə qarşı tərəfdən hər hansı digər təkliflər irəli sürülməsinə baxmayaraq, blok aksiya qərarını dəyişməyəcək.

Xəbər lenti

Xəbər lenti