...

LİTVANIN ƏDLİYYƏ NAZİRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Siyasət Materials 28 Sentyabr 2005 20:52 (UTC +04:00)

Litvanın ədliyyyə naziri Qintautas Budinskas sentyabrın 29-oktyabrın 3-də Azərbaycana rəsmi səfərə gələcək.Bu barədə Trend ə AR ədliyyyə nazirliyində bildirilib.

Q.Budinskas səhər tezdən Bakıda olacaq və səfər proqramına əsasən ilk görüş respublikanın ədliyyə naziri Fikrət Məmmədov ilə keçiriləcək.Əməkdaşlığın inkmşafı müzakirə ediləcək, təcrübə və informasiya mübadiləsi aparılacaq.Proqramda qonağın həmçinin Krnstitusiya məhkəməsinin sədri Fərhad Abdullayev, Ali məhkəmənin sədri Ramiz Rzayev, Appelyasiya məhkəməsinin sədri İnqilab Nəsirov, Baş prokuror Zakir Qaralov, eləcə də Azərbaycan prezidenti İlham Əliyev ilə görüşləri nəzərdə tutulub.

Q.Budinskas həm də respublikanın Şəki və İsmayıllı rayonlarına getmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti