...

METRO QƏZASINDAN ZƏRƏR ÇƏKƏN VƏTƏNDAŞLAR ÜMİDLƏRİNİ APELLYASİYA MƏHKƏMƏSİNƏ BAĞLAYIB

Siyasət Materials 5 Oktyabr 2005 17:36 (UTC +04:00)

Oktyabrın 5-də "Nizami" Mətbuat Klubunda Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində zərər çəkmiş vətəndaşların vəkilləri mətbuat konfransı keçirib. Trend məlumat verir ki, vətəndaşlar və onların vəkilləri həmin hadisə ilə bağlı Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmdən narazılıqlarını bildiriblər.

Vəkil Hidayət Əsgərov jurnalistlərin nəzərinə çatdırıb ki, 8 iyul 2005-ci il tarixdə "Bakı Soveti" metrostansiyasının 2-ci eskalatorunda Vahid Axundovun ölümü və 18 nəfərin, o cümlədən 2 azyaşlı uşağın yaralanması ilə nəticələnən qəza baş verib. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı Səbail rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkənlər təqsirləndirilən şəxslərə qarşı iddialarının olmadığını bildirərək Bakı Metropolitenindən külli miqdarda maddi və mənəvi təzminat tələb ediblər. Məhkəmə prosesi təqsirləndirilən şəxslərin azadlıqdan şərti azad olunmaları ilə nəticələnib.

Metropolitenə qarşı irəli sürülmüş tələblərsə rədd edilib. Bununla da zərərçəkənlərin tələbləri yerinə yetirilməyib. Səbail rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verdiklərini deyən vəkil Apellyasiya Məhkəməsinin işə obyektiv yanaşacağına ümid etdiklərini söyləyib.

Xəbər lenti

Xəbər lenti