...

BAKIDA SİLAHLARIN, DÖYÜŞ SURSATININ VƏ RADİOAKTİV MATERİALLARIN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏ ÜZRƏ AZƏRBAYCAN-AMERİKA İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 12 Oktyabr 2005 15:27 (UTC +04:00)

Oktyabrın 19-21-də Bakıda silahların, döyüş sursatının və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Azərbaycan-Amerika İşçi qrupunun növbəti iclası keçiriləcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 12-də "Qara dənizdə və Xəzərdə kütləvi qırğın silahlarının yayılmaması üzrə" iki günlük konfransın açılışında Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə bəyan edib.

"Azərbaycan ixrac nəzarəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir", -deyə Tağızadə qeyd edib. O xatırladıb ki, əməkdaşlığını əsas komponentlərindən biri 1999-cu ildə sentyabrın 28-də Azərbaycan və ABŞ hökumətləri arasında "Kütləvi qırğın silahlarının yayılmasına qarşı fəaliyyət sahəsində əməkdaşlıq barədə" razılaşma olub.

Həmin razılaşmanın, eləcə də Azərbaycanın Nazirlrə Kabineti ilə ABŞ-ın Müdafiə Nazirliyi arasındakı müqavilənin yekunu olaraq Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ilə İşçi qrup yaradıldı.

Bununla yanaşı, F. Tağızadə xatırladıb ki, 2004-cü il oktyabrın 5-6-da keçirilən qrupun ilk iclası zamanı sərhəd nəzarətinin optimal metod və vasitələrini müəyyən etmək məqsədilə bu sahədə mövcud təcrübə öyrənildi.

Qeyd edək ki, iki gün davam edəcək konfrans Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Bolqarıstan və ABŞın sahil mühafizəsi xidməti və sərhəd idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti