...

Avropa Birliyi parlamenti Azərbaycandakı seçkiöncəsi vəziyyətdən narahatdır

Siyasət Materials 14 Oktyabr 2005 16:27 (UTC +04:00)

"Avropa Birliyi parlamenti Azərbaycanda seçkiöncəsi vəziyyətdən narahatlıq keçirdiyini bəyan edib". Trend xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli Avropa Birliyi rəhbərliyinin dəvəti ilə Brüsselə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Ə.Kərimli əvvəlcə Avropa Birliyi Parlamentində Azərbaycandakı seçkiöncəsi vəziyyətlə bağlı çıxış etdiyi barədə məlumat verərək Azərbaycan müxalifətinin fəaliyyəti və apardığı mübarizədən, azad və ədalətli seçkilərə mane olan faktorlardan danışdığını bildirib: "Bundan başqa Avropa parlamentinin Cənubi Qafqaz komissiyasının iclasında da aparılan bir sıra məsələləri müzakirəsinə dəvət aldım və Azərbaycandakı seçkiqabağı vəziyyəti burada geniş müzakirə etdik".

Ə.Kərimli Litvanın keçmiş prezidenti və Avropa parlamentində xristian demokratlar qrupunun lideri, Avropa Birliyinin vitse-prezidenti və Cənubi Qafqaz qrupunun üzvü olan parlamentarilərinin çıxışlarında Azərbaycanda müxalifətinə qarşı edilən polis zorakılığının pisləndiyini qeyd edib: "Çıxış edənlər bizim Bakının mərkəzində mitinq keçirmək istədiyimizi ətraflı müzakirə ediblər".

Avropa parlamentinin digər fraksiya rəhbərləri ilə apardığı görüşlərdən danışan Ə.Kərimli Avropa Birlyinin Azərbaycandakı seçkiqabağı vəziyyəti diqqətlə izlədiyini bildirib.

Brüssel səfərini başa vurub Azərbaycana qayıdarkən bir neçə saatlıq Türkiyədə dayanan Ə.Kərimli Azərbaycandakı seçkiöncəsi vəziyyətlə bağlı ABŞ-ın Marşal Fondu ilə "Arı" hərəkatının birgə təşkil etdiyi konfransda da iştirak etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti