...

A.Qross: Qərbin yalnız "Azadlıq" seçki blokunu dəstəkləməsi ilə bağlı fikirlər düzgün deyil

Siyasət Materials 15 Oktyabr 2005 13:10 (UTC +04:00)

"Prezident İlham Əliyevlə görüşdə əsas müzakirə mövzusu respublika əhalisinin seçici vəsiqələri ilə təmin edilməsi olub". Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 14-də ANS telekanalına müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, isveçrəli parlamentari Andreas Qross bəyan edib.

Onun sözlərinə görə, seçicilərin bir hissəsi seçici vəsiqəsi ilə təmin olunmadığı halda, bir seçiciyə bir neçə vəsiqənin verilməsi halları qeydə alınıb. Demokratiyanın postulatlarından biri də "Bir seçici-bir səs" prinsipidir və ona əməl etmək üçün səsvermə günü nişanlama rəngindən istifadə etmək lazımıdır.

"Nişanlama rəngindən istifadə seçicilərin ləyaqətlərinin alçaldılması kimi başa düşülməməlidir", - deyə A.Qross qeyd edib. "Mən son 10 il ərzində 30-dan artıq seçkinin monitorinqində iştirak etmişəm. Türkiyə, Albaniya, Makedoniya və Ukraynada bu üsulun tətbiq edilməsinin şahidi olmuşam. Azərbaycan prezidenti ilə görüşdə isə onu bu üsuldan istifadə etməklə Azərbaycanın demokratik prinsiplərə sadiq olduğunu nümayiş etdirdiyinə inandırmağa çalışmışam", - deyə həmməruzəçi əlavə edib.

Onun fikrincə, Azərbaycan iqtidarı "son anda nişanlama rəngindən istifadə olunmasına dair qərar qəbul edə bilər". "Mən əminəm ki, prezidentlə söhbət zamanı biz bu addımın vacibliyini hərtərəfli aydınlaşdıra bildik və dövlət başçısını onun bu imkandan istifadə etməli olduğuna inandırmağa çalışdıq",- deyə həmməruzəçi bildirib.

A.Qross eyni zamanda AŞ PA-nın Azərbaycanın siyasi qüvvələrinə olan münasibəti ilə bağlı məsələyə də öz fikrini bildirib. "AŞ PA siyasi partiyaların mövqeləri arasında heç bir fərq qoymur. Əgər siz hər hansı bir siyasi partiyaya rəğbət bəsləyirsinizsə, o zaman yaranmış vəziyyəti düzgün qiymətləndirə bilməyəcəksiniz. Qərbin yalnız "Azadlıq" blokunu dəstəkləməsi ilə bağlı fikirlər yanlışdır. Qərbdə isə fikir plüralizmi mövcuddur",- deyə o vuruğulayıb.

Xəbər lenti

Xəbər lenti