...

Stiven Mənn: ATƏT-in Minsk qrupunda ideya və təklif qıtlığı yoxdur

Siyasət Materials 20 Oktyabr 2005 20:45 (UTC +04:00)
Stiven Mənn: ATƏT-in Minsk qrupunda ideya və təklif qıtlığı yoxdur

Oktyabrın 24-25-də Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək. ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Ancey Kaspşikin iştirakı ilə keçiriləcək görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün yekunları, müzakirə olunacaq və yaxın bir neçə ayda qrupun hərəkət planı hazırlanacaq. Trend bildirir ki, oktyabrın 20-də Bakıda keçirilən mətbuat konfransında Minsk qrupunun ABŞ-dan olan həmsədri, ABŞ-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi və Dövlət katibinin Avrasiya münaqişələri üzrə baş müşaviri Stiven Mənn (Steven Mann) bu barədə bəyan edib.

O, bildirib ki, bugünkü gündə Minsk qrupu həmsədrlərinin "ideya və təklif qıtlığı yoxdur".Amma onun sözlərinə görə, tərəflər "məxfiliyi" saxlamalıdır.

"Ermənistan və Azərbaycanın danışıqlar prosesinə yanaşması çox ciddidir"-deyə o qenyd edib.

Beynəlxalq Böhran qrupunun (BBQ) Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə son məruzələrinə toxunan S. Mənn qeyd edib ki, "həmin sənədlər Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesinə müsbət təsir edə bilər".

"Vaşinqtonun mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yollarının müzakirə edilməsində əsas platforma ATƏT-in Minsk qrupu olmalıdır.Amma müxtəlif beynəlxalq strukturdarın, xüsusilə BBQ-nin təşəbbüsləri şübhəsiz ki, müsbətdir"-deyə Stiven Mənn qeyd edib.

Sonda Amerika diplomatı Dağlıq Qarabağ icmasının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı fikrini bildirərək bəyan edib ki, "həmin məsələ yalnız Azərbaycan və Ermənistan rəhbərliiynin mövqeyindən asılıdır".

Xəbər lenti

Xəbər lenti