...

Yaşar Əliyev: "Müxalifətin meydanlarda narıncı çadır qurmasına imkan verilməyəcək"

Siyasət Materials 10 Noyabr 2005 20:00 (UTC +04:00)

Müxalifətin meydanlarda narıncı çadır qurmasına yaxud başqa hər hansı qanunsuz aksiya keçirməsinə imkan verilməyəcək. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bildirib.

Müxalifətin bu səpgili bəyanatlarına münasibət bildirən Yaşar Əliyev qeyd edib ki, aksiyalar yalnız Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi ərazilərdə baş tuta bilər. "Müxalifət onun üçün qanunla nəzərdə tutulmuş ərazidə istədiyi qədər çadır qura bilər. Əgər müxalifət hər hansı qeyri-qanuni addım atarsa, o zaman hüquq-mühafizə orqanları da qanundan irəli gələn bütün tədbirləri icra edəcəklər, - deyə Yaşar Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti