...

Oktyabr ayı ərzində 108 avtoxuliqan aşkar edilib

Siyasət Materials 14 Noyabr 2005 16:39 (UTC +04:00)

Oktyabr ayı ərzində 108 avtoxuliqan aşkar edilib. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdarəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

"Qeydə alınmış avtoxuliqanların 108 nəfəri oktyabr ayına təsadüf edir. Saxlanılan avtoxuliqanlar barədə İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə uyğun şəkildə protokol tərtib olunub və məhkəmə baxışına verilib", - deyə şöbə rəisi bildirib.

Cari ilin bütövlükdə 10 ayı müddətində isə Bakı şəhəri üzrə yol patrul xidməti əməkdaşları tərəfindən 428 avtoxuliqan aşkar edilib. V.Əsədov: "Avtoxuliqanlıq hallarının əksəriyyəti Nəsimi rayonu ərazisində qeydə alınıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296 və 310-cu maddələrinin tələblərini pozmuş sürücülər barədə Azərbaycan Respublikası Yol Hərəkəti Qanununun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cəza tədbirləri tətbiq olunub".

Xəbər lenti

Xəbər lenti