...

Seçkilərin şəffaf keçirilməsi ilə bağlı bəyanata 600 müstəqil namizəd imza atıb

Siyasət Materials 19 Noyabr 2005 11:51 (UTC +04:00)

"2005-ci il 6 noyabr parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi ilə bağlı bəyanatı 600 müstəqil namizəd imzalayıb". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu proses YAP-ın təşəbbüsü ilə həyata keçirilir. Ötən həftə bəyanatı parlament seçkilərində iştirak edən 200 müstəqil namizəd imzalayıb. Prosesin hələ də davam etdirildiyini bildirən YAP-ın mətbuat xidmətindən onu da qeyd ediblər ki, bəyanata imza atan müstəqil namizədlər arasında müxalifət düşərgəsini təmsil edən insanlar da var.

Xəbər lenti

Xəbər lenti