...

Azərbaycanın daxili işlər naziri Misirin Bakıdakı səfirini qəbul edib

Siyasət Materials 23 Noyabr 2005 20:56 (UTC +04:00)

Azərbaycanın daxili işlər naziri Ramil Usubov noyabrın 23-də Misirin Bakıdakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini qəbul edib. Azərbaycanın XİN-ninn mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Misir diplomatının xahişi ilə keçirilən görüş zamanı dövlətlərarası münasibətlərin inkişafı müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan-Misir əməkədaşlığı Azərbaycanın eks-prezidenti Heydər Əliyevin və Misir prezidenti Hüsni Mübarəkin səyləri nəticəsində bir çox sahələrdə inkişaf edib.

Ramil Usubov qeyd edib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev də iki ölkə arasında əlaqələrin dərinləşməsinə böyük diqqət ayırır.

Öz növbəsində, Yusif Əhməd İbrahim əl-Şarkavi bəyan edib ki, Azərbaycanda daxili sabitliyin təminatı təkcə Bakı üçün deyil, dost dövlət kimi Misir üçün də əhəmiyyətlidir. Sonda misirli diplomat Azərbaycanda 6 noyabr parlament seçkilərinin ədalətli, açıq və demokratik keçirildiyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti