...

Baş prokuror və ədliyyə naziri ilin sonuna kimi Çinə səfər edəcəklər

Siyasət Materials 5 Dekabr 2005 15:54 (UTC +04:00)

İlin sonuna kimi Azərbaycanın baş prokuroru və ədliyyə naziri Zakir Qaralov və Fikrət Məmmədov Çin Xalq Respublikasına səfər edəcəklər. Bu barədə Trend ə Çinin Azərbaycandakı səfirliyinin müşaviri Sun Veydun məlumat verib.

Diplomatın sözlərinə görə, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərləri hüquq-mühafizə orqanları və həbs cəzası sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə, bir sıra ölkələrin bu strukturlarının əməkdaşlığı məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəklər.

S.Veydunun sözlərinə görə, konfransda iştirak çərçivəsində Azərbaycanın baş prokuroru və ədliyyə naziri çinli həmkarları ilə ikitərəfli görüşlər də keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti