...

"Azadlıq" blokunun növbəti mitinqinin tarixi son iki gün ərzində müəyyənləşdirilə bilər

Siyasət Materials 19 Dekabr 2005 13:11 (UTC +04:00)

"Azadlıq" seçki blokunun liderləri növbəti mitinq-yürüşün vaxtını və ünvanını iki gün ərzində müəyyən edəcəklər". Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

N.İsmayılov onu da qeyd edib ki, növbəti mitinq-yürüşün keçirilməsi paytaxtın mərkəzi meydanlarının birində də təyin edilə bilər. N.İsmayılov bildirib ki, blokun təsisçilərindən olan Müsavat Partiyasının sədri İsa Qəmbər Ukraynaya səfər etdiyinə görə növbəti mitinqin vaxtının təyin edilməsi ilə bağlı müzakirələrə qatılmaya bilər: "Lakin bu o qədər də önəm daşımır. Başqan blokun digər liderlərinin gələcəyi qərarı dəstəkləyəcək".

Blokun rəsmisi onu da bildirib ki, növbəti mitinqin keçiriləcəyi gün müəyyənləşdiriləndən bir gün sonra Bakı meriyasına müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti