...

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası iki qanun layihəsini müzakirə edib

Siyasət Materials 23 Dekabr 2005 16:33 (UTC +04:00)

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının dekabrın 23-də növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, iclasda iki qanun layihəsi müzakirə edilib.

Müzakirə olunan layihələrdən biri "İnsan alverinə qarşı mübarizə haqqında" AR bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi, digəri və "Azərbaycan hökuməti ilə Kanada hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun protokolunun təsdiq edilməsi ilə bağlı olub.

Komissiyanın sədri millət vəkili Səməd Seyidov müzakirə olunun layihələrlə bağlı komissiya üzvlərinə məlumat verdikdən sonra üzvlərdən Gültəkin Hacıyeva, Asim Mollazadə, Qənirə Paşayeva və başqaları bu sənədlərin qəbul olunmasının vacibliyindən danışıblar. Qərara alınıb ki, qanun layihələri təsdiq olunmaq üçün parlamentin müzakirəsinə təqdim edilsin.

Xəbər lenti

Xəbər lenti