"Azadlıq" blokunun həmsədrləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev seçki komissiyalarının poritet əsaslarla formalaşdırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət göndərəcək. Trend in məlumatına görə, bu barədə "Azadlıq" blokunun həmsədri Əli Kərimli yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, yanvarın 6-da adları çəkilən müxalifət liderlərinin birgə iclası keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, Milli Məclisin AXCP, ADP və Liberal Partiyasına göndərdiyi müraciət və digər məsələlər müzakirə edilib.