...

Heydər Əliyev Fondu "Qarabağ haqda həqiqət" məcmuəsini dərc edib

Siyasət Materials 24 Yanvar 2006 18:21 (UTC +04:00)
Heydər Əliyev Fondu "Qarabağ haqda həqiqət" məcmuəsini dərc edib

"Heydər Əliyev Fondu Heydər Əliyevin informasiya blokadasının aradan qaldırılması və Qarabağ barədə həqiqətlərin, erməni-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması siyasətini davam etdirməyi özhünün borcu hesab edir". Trend in verdiyi məlumata görə, bu barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 24-də Fond tərəfindən hazırlanmış və dərc olunmuş "Qarabağ barədə həqiqət" məcmuəsinin təqdimat mərasimində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, cəmiyyətin bütün problemlərini diqqət altında saxlamağa çalışan Heydər Əliyev Fondu Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı özünün borcu hesab edir. O, həmçinin, bu məcmuənin artıq 17 ildən bəri bu münaqişədən əziyyət çəkən Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da böyük rol oynayacağına ümidvar olduğunu bildirib.

Fondun prezidentinin sözlərinə görə, məcmuəyə 5 kitabça daxildir: "Qarabağın tarixi barədə qısa informasiya", "Qarabağ münaqişəsinin əvvəli", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" və "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

M.Əliyevanın sözlərinə görə, beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ haqda həqiqət" məcmuəsinin ingilis, alman, fransız, ərəb və rus dillərində yayılması nəzərdə tutulub.

Öz növbəsində, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov həmçinin, Dağlıq Qarabağ münaqişəsi ətrafında informasiya blokadasının aradan qaldırılmasında məcmuənin son dərəcə böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bu iş münaqişənin mahiyyəti və nəticələri barədə dünya ictimaiyyətinin həqiqi məlumatlandırılmasına öz töhvəsini verə bilər və nəticədlə bu da Ermənistanın konstruktiv mövqeyinə təsir edə bilər.

Mərasimdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və EA-nın İnsan haqları İnstitutunun direktoru Rövşən Mustafayev həmçinin, məcmuənin ermənilərin həqiqi "simasını" açmaqda və həqiqətin beynəlxalq birliyin diqqətinə çatdırılmasında əhəmiyyətini qeyd ediblər.

Rəsmii şəxslərin, beyqəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin də iştirak etdiyi təqdimat mərasimində Qarabağ haqqında qısa film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti