...

Zakir Həsənov: "Daxili Qoşunlar tərəfindən bir sıra profilaktik tədbirlər həyata keçirilib"

Siyasət Materials 30 Yanvar 2006 18:33 (UTC +04:00)

2005-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən bir sıra profilaktik tədbirlər həyata keçirilib. Trend xəbər verir ki, bu sözləri yanvarın 30-da Daxili İşlər Nazirliyinin ötən ilin yekunlarına dair kollegiya iclasında Daxili Qoşunların baş komandanı Zakir Həsənov öz hesabat çıxışında söyləyib.

Z.Həsənov kollegiya iclası iştirakçılarının nəzərinə çatdırıb ki, Daxili Qoşunlar (DQ) cinayətkralıqla mübarizədə, ictimai asayişin mühafizəsində yaxından iştirak etmişdir. Bununla əlaqədar DQ-dan daha səmərəli istifadə edilməsi məqsədilə onun tərkibində qarşısına qoyulmuş tapşırıqları tez və qətiyyətlə yerinə yetirməyə imkan verən xüsusi briqadalar yaradılmışdır.

"Bununla yanaşı Daxili Qoşunların hərbi hissələrində peşəkar zabitlərdən ibarət xüsusi təyinatlı dəstələr yaradılmış, onlara yüksək məvacib təyin olunmuşdur. Keçirilrən tədbirlər nəticəsində döyüş hazırlığının təşkili, hərbi hissələrin yeni, müasir silah və xüsusi vasitələrlə təchizatı, hərbi hissələrin və xüsusi təyinatlı dəstələrin sosial vəziyyəti ən yüksək həddə çatdırılmışdır", deyə Zakir Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti