Radikal vəhabilər və nurçular öz fəaliyyətləri ilə islama zərər gətirirlər – şeyxulislam

Foto: Radikal vəhabilər və nurçular öz fəaliyyətləri ilə islama zərər gətirirlər – şeyxulislam / Cəmiyyət

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycanın iqtisadi inkişafına Qərbdən və Şərqdən qibtə edənlər öz emissarlarını bura göndərərək bütün gücləri ilə Azərbaycanda təxribat yaratmağa can atırlar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən konfransda çıxış edərkən bildirib.

"Bizim vətəndaşlar anlamalıdırlar ki, radikal cərəyanların nümayəndələri islam müdafiəçiləri pərdəsi altında dinimizə, xalqımıza və dövlətimizə münasibətdə düşmən mövqe tuturlar" - deyə şeyxulislam söyləyib.

O bildirib ki, bu cərəyanlar tərəfindən təqdim olunan dözümsüzlük, vətəndaş qarşıdurmasına çağırışlar və cəmiyyəti içərisindən parçalamaq səyləri - zorakılıqdır və terrora bəraət qazandırmaq məqsədi güdür.

QMİ sədrinin sözlərinə görə, radikal vəhabilər, nurçular və digər cinayətkar qruplar öz fəaliyyətləri ilə islama zərər gətirirlər və islama qarşı hücum və ittihamların artması üçün əsas yaradırlar.

"Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti bu kimi hadisələrin qarşısını almaq və onları aradan qaldırmaq gücündədir" - deyə şeyxulislam əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti