...

Azərbaycanda narkotrafikə qarşı mübarizə tədbirləri çərçivəsində 28 cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 31 İyul 2013 17:08 (UTC +04:00)
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılıb.
Azərbaycanda narkotrafikə qarşı mübarizə tədbirləri çərçivəsində 28 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə iyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

V.Eyvazov bildirib ki, hesabat dövründə narkotrafikə qarşı mübarizə tədbirləri çərçivəsində 73 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib.

Bununla bərabər, 33,5 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 177,6 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti