...

Azərbaycanı gizli mirvariyə bənzətdi...

Cəmiyyət Materials 6 Noyabr 2014 17:59 (UTC +04:00)
Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində məşhur idman saytı Sportsfutures.com Azərbaycanda turizm sahəsinə həsr edilmiş məqalə dərc edib.
Azərbaycanı gizli mirvariyə bənzətdi...

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində məşhur idman saytı Sportsfutures.com Azərbaycanda turizm sahəsinə həsr edilmiş məqalə dərc edib.

Məqalənin müəllifi Erik Şvarts yazır ki, Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində heyrətamiz təbiəti, mədəniyyəti, arxitekturası, əyləncələri və tarixi irsi olan gizli mirvari (Azərbaycan - red.) yerləşir.

Məqalədə deyilir ki, Avrasiyanın Qafqaz regionunun cənubunda yerləşən Avropanın ən şərq ölkəsi Azərbaycan populyar turizm istiqaməti olmağı vəd edir.

Qeyd olunur ki, hökumət ölkəni elit turizm məkanına çevirmək üçün xeyli siyasi və maliyyə resursları yatırıb.

Məqalədə bildirilir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, ölkənin turizm sənayesində xeyli artım müşahidə olunur və bu, getdikcə daha çox xarici qonağı qəbul etməklə ölkə iqtisadiyyatına xeyli töhfə verir.

Azərbaycanın Şərqlə Qərbin qovşağındakı unikal coğrafi mövqeyi, müasir infrastruktur və səmimi qonaqpərvərliyi ilə ahəngdarlıq təşkil edən zəngin tarixi və mədəni irsi təyinat nöqtəsi qismində onun cəlbediciliyinə xidmət edir.

Ölkənin ən şərq nöqtəsində, bilavasitə Xəzər dənizinin sahilində yerləşən Bakı Azərbaycana gələn turistlər üçün əsas mərkəzə çevrilib.

Müəllifin sözlərinə əsasən, bir neçə beynəlxalq aviaşirkətin təyyarələri ilə birbaşa reyslər həyata keçirilir: "Bakının qədim tarixi məhəlləsi İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb. İçərişəhər XV əsrə aid Şirvanşahlar sarayını özündə birləşdirir. O, bütün tarixi ərzində ticarət və mübadilə mərkəzi olub, çünki tarixi İpək yolunda əsas dayanacaq olub".

Strateji coğrafi mövqeyi nəticəsində Bakı bir çox mədəniyyətin (zərdüştlük, xristianlıq, İslam və s.) birləşdiyi məkan olub ki, bu da turistlərin heyrətinə səbəb olur.

Məqalədə deyilir: "Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov qeyd edib ki, Azərbaycanın 2012-ci il "Eurovison" mahnı müsabiqəsi də daxil olmaqla iri tədbirlərin keçirildiyi məkan qismində kifayət qədər xidmət dəftərçəsi var: "Biz 2015-ci ildə ilk Avropa Oyunlarını qəbul edərkən daha bir siyahı tutacağıq. Həmin Oyunlarda 49 ölkədən təqribən 6000 idmançı iştirak edəcək. Yaxın illərdə Bakıda digər iri layihələrin, o cümlədən "Formula 1" Qran-prisinin keçirilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti