...

Azərbaycanda soyuq, yağıntılı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 21 Noyabr 2014 12:41 (UTC +04:00)
Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq. Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq.
Azərbaycanda soyuq, yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti