...

Hüseynqulu Bağırov Şəmkirdə vətəndaşların qəbulunu keçirib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2014 12:19 (UTC +04:00)
28 noyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşlarla görüşüb.
Hüseynqulu Bağırov Şəmkirdə vətəndaşların qəbulunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

28 noyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşlarla görüşüb.

ETSN-dən Trend-ə verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri dinlənilərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, qaldırılan məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti