...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 23 Yanvar 2015 12:40 (UTC +04:00)
Sabah Bakıda havanın arabir yağıntılı olacağı gözlənilir.
Sabah hava necə olacaq?

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər çiskinli olacaq. Havanın arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Sabah respublikanın bəzi yerlərində havanın yağıntılı olma, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti