...

Təhsil Nazirliyi yaxsı oxuyan tələbələrə yeni şans verdi

Cəmiyyət Materials 16 Fevral 2015 15:28 (UTC +04:00)
Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqəyə başlayıb.
Təhsil Nazirliyi yaxsı oxuyan tələbələrə yeni şans verdi

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqəyə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisələrinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.

6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd edək ki, SABAH qrupları ali təhsil sistemində yeni mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədi ilə yaradılıb. SABAH qruplarında oxuyacaq aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunur. Bu qruplarda dərs deyəcək müəllimlərin seçimi də xüsusi qaydada aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti