...

Azərbaycanda bəzi valideynlər uşaqlarına görə dövlətdən yeni müavinət alacaqlar

Cəmiyyət Materials 24 Aprel 2015 09:58 (UTC +04:00)
Azərbaycanda xüsusi təhsilə cəlb olunan uşaqlara görə onların valideynlərinə yeni müavinət veriləcək.
Azərbaycanda bəzi valideynlər uşaqlarına görə dövlətdən yeni müavinət alacaqlar

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda xüsusi təhsilə cəlb olunan uşaqların valideynlərinə valideynlərinə yeni müavinət veriləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında" qərara dəyişikliklər edilib.

Həmin qərara əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 manat həcmində müavinət veriləcək.

Qeyd edək ki, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti