...

Bakıda hava nisbətən sərinləşəcək

Cəmiyyət Materials 25 İyun 2015 12:51 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu ötən günlərlə müqayisədə bir necə dərəcə enəc
Bakıda hava nisbətən sərinləşəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu ötən günlərlə müqayisədə bir necə dərəcə enəcək. Daha sərin hava şəraiti isə iyunun 27-də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu olacaq, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağı yağacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

İyunun 27-də isə gündüz saatlarında havanın temperaturu 27-32 dərəcəyə enəcək. Şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

İyunun 27-də gündüz saatlarındas Aran rayonlarında 34-39 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti