...

Gənc sərhədçilər and içdi (FOTO)

Cəmiyyət Materials 27 İyul 2015 10:28 (UTC +04:00)
İyulun 26-da Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Gənc sərhədçilər and içdi  (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

İyulun 26-da Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumatda bildirilir ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quli­ye­vin təbrik telefonoqramı çatdırılıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silah­­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçi­rilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yə­si­nə qaldırıldığını, döv­lət sərhədlərimizin toxunulmazlığının təmin olun­ma­sı istiqa­mə­tində davam­lı dinamik inkişafa nail olunduğunu qeyd edib. O, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsu­­liy­yə­ti­ni öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb. A.Ələkbərov əsgərlərin döv­lətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrə­lə­nə­rək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşır­ıblar.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti