...

Bilik günü Bakıda gözlənilən hava proqnozu açıqlandı

Cəmiyyət Materials 12 Sentyabr 2015 12:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sentyabrın 15-də - Bilik günü gözlənilən ilkin hava proqnozunu açıqlayıb.
Bilik günü Bakıda gözlənilən hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sentyabrın 15-də - Bilik günü gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Gündüz saatlarında havanın temperaturu 26-30 dərəcə isti olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti