...

Azərbaycanda meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq

Cəmiyyət Materials 24 Noyabr 2015 15:54 (UTC +04:00)
Bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.
Azərbaycanda meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir: "Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq".

Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti