...

Xarici jurnalistlər və rəsmilər Qaradağlıda dinc sakinlərə qarşı erməni vandalizminin şahidi olublar (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2016 16:39 (UTC +04:00)
Bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-ə keçən gecə ağır artilleriya atəşinə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olublar.
Xarici jurnalistlər və rəsmilər Qaradağlıda dinc sakinlərə qarşı erməni vandalizminin şahidi olublar (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-ə keçən gecə ağır artilleriya atəşinə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olublar.

Trend-in xüsusi müxbiri xəbər verir ki, jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər. Onlar ziyan çəkən kənd sakinləri ilə görüşüblər.

Qeyd edək ki, xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti