...

"Formula 1" ilə əlaqədar bağlanan yolların bir qismi bu gün açılacaq

Cəmiyyət Materials 20 İyun 2016 10:58 (UTC +04:00)
"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq.
"Formula 1" ilə əlaqədar bağlanan yolların bir qismi bu gün açılacaq

Bakı. Samir Əli - Trend:

"Formula 1" yarışları ilə əlaqədar Bakının mərkəzi hissəsində bağlanan yolların bir qismi bu gün açılacaq. Bu barədə Trend-ə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, bu barədə "Formula 1" yarışının təşkilat komitəsindən bildirilib: "Komitədən verilən məlumata görə, bu gün nahardan sonra "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqası boyu kəsişmələrdə yerləşən küçələrdəki maneələr aradan qaldırılacaq. Dənizkənarı Milli Park ərazisi və Neftçilər prospektində isə hərəkətin bərpasına sabahdan başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti