...

Cəzadan azad edilmiş 3484 nəfərə birdəfəlik pul müavinəti verildi

Cəmiyyət Materials 25 İyul 2016 11:14 (UTC +04:00)
Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3484 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib.
Cəzadan azad edilmiş 3484 nəfərə birdəfəlik pul müavinəti verildi

Bakı. Trend:

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3484 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, cari ilin yanvar-iyun aylarında ƏƏSMN penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib.

Müvafiq qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən ƏƏSMN-nin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti