...

Azərbaycanın "Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş olunur (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 13:29 (UTC +04:00)
Bakı Expo Mərkəzində təşkil olunan "ADEX 2016" İkinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş olunur.
Azərbaycanın "Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş olunur (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX 2016" İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan "Gürzə" zirehli avtomobilinin yeni modeli nümayiş etdirilir.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Mahir Bayramov Trend-ə avtomobilin yenilikləri barədə məlumat verib: "Avtomobil "TOYOTA HILUX 4X4" markalıdır. Avtomobilin motoru 2500 sm-dir. Modelin adi "Gürzə" zirehindən fərqi odur ki, onun üstündə 3 silah - NSV-12,7 pulemyotu, AQS-30 tipli qumbaraatan və tank əleyhinə idarə olunan qurğu yerləşdirilə bilər. Həmin silahlar avtomobildə 3 dəqiqə ərzində dəyişdirilir. Bundan başqa, avtomobilin sağ və sol qapılarında iki pulemyot yerləşdirilir".

M.Bayramov deyib ki, avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir.

O əlavə edib ki, avtomobildə quraşdırılan 7.62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür: "Sifariş əsasında "Gürzə"nin gülləkeçirməz zirehli modeli də istehsal olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti